Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının ikinci sayı çapdan çıxıb.

Unikal.org xəbər verir ki, jurnala daxil edilən məqalələrdə Azərbaycanda turzim bazarının potensial imkanlarının qiymətləndirilməsi, Turizm sənayesinin tarixi inkişaf prosesində  innovasiya texnologiyalari, Aqroturizmin formalaşması və regionların özünü maliyyələşdirməsi məsələləri, Azərbaycanda turizm xidmətlərinin inkişaf tendensiyaları, Turizmdə korporativ  idarəetmə mexanizmlərinin tətbiq edilməsi, Turizm bazarının və mehmanxana biznesinin inteqrasiya olunmuş proseslərinin təhlil metodikası:investisiya-innovasiya səmərəliliyi, Beynəlxalq investisiya hüququnda sərmayə konsepsiyası, Regional yönümlü istehsalçı müəssisələrdə inteqrasiya proseslərinin spesifik xüsusiyyətləri, İlk moğollar dövründə erkən moğol incəsənətinin formalaşması, Nəriman Nərimanovun əsərləri tarixi mənbə kimi, Azərbaycan qonaqpərvərliyi və onun tarixi inkişaf prinsipləri araşdırılıb və tədqiqat nəticələri təhlil edilib.

Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.