Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya Xarici İşlər nazirinin müavini cənab Kenci Yamada ilə görüş keçirilib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan və Yaponiya arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud vəziyyət ilə bağlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.