Qaxda dörd gün əvvəl evdən çıxıb geri qayıtmayan 82 yaşlı kişi meşədə asılı vəziyyətdə tapılıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, Qax rayonu Ləkit kənd sakini, 1937-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyevin meyiti yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında meşəlik ərazidə ağacdan asılı vəziyyətdə tapılıb. 

Qeyd edək ki, A. Ağamalıyev sentyabr ayının biri səhər saatlarında evdən fındıq yığmaq adı ilə evdən çıxıb və bir də geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.