Bakıda gözəllik salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a  verilən məlumata görə, Nəsimi rayonunda ümumi sahəsi 45 m² olan gözəllik salonunda 1 ədəd elektrik lövhəsi və məişət texnikası yanıb, yüksək temperaturdan lambirindən ibarət divar üzlüyü 1 m² sahədə əriyib.

Salonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​