22 Sentyabr 2019
21 Sentyabr 2019
Mineral gübrələrin səyyar satışına başlanıldı - FOTO
Mineral gübrələrin səyyar satışına başlanıldı- FOTO CƏMİYYƏT 12:31 2019-09-11

Sentyabr ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm öncəsi mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. İlk səyyar satış sentyabr ayının 10-da Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli kəndində baş tutub.

Unikal.org xəbər verir ki, Ələsgərli kəndindəki səyyar satış zamanı 30-dan çox vətəndaş müraciət edib və 30,700 ton ammofos gübrəsi satılıb.  

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. 

Sentyabrın 11-də Şəmkirin Yenigöyçə kəndində,  sentyabrın 12 -də isə Şəmkirin Çənlibel kəndində səyyar satış xidməti həyata keçiriləcək. 

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.
 


  • Mineral gübrələrin səyyar satışına başlanıldı- FOTO