21 Noyabr 2019
20 Noyabr 2019
Nərimanovda altı otaqlı ev yandı
Nərimanovda altı otaqlı ev yandı HADİSƏ 13:58 2019-09-11

Nərimanov rayonunda ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli altı otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a bildiriblər ki, hadisə nəticəsində evin 3 otağı 60 kvadratmetr və dam örtüyü 98 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.