16 Sentyabr 2019
Azərbaycan startapları müsbət rəy aldı - FOTO
Azərbaycan startapları müsbət rəy aldı- FOTO CƏMİYYƏT 17:51 2019-09-11

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki davam edir. Tədbirdə  ölkəmiz  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunur. 

Unikal.org xəbər verir ki, İnnovasiyalar Agentliyi sərgiyə dəstəklədiyi 4 startapla  – “Virtual cərrahiyyə”, “Kuleko”, “Wexplain”, “Vriendly” ilə qatılıb. Bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına qatılıb və müsbət rəy alıblar.
Sərgidə xarici şirkətlərlə əməkdaşlıq imkanları, xarici startapların, layihə və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkan və prosedurlar barədə müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbir çərçivəsində keçirilən  nazirlər toplantısında çıxış edib. O,  həm şirkət, həm İTU, həm də başqa dövlətlərin rəsmiləri ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirilib.  

Bu gün  Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Baş Katibi Haulin Zao Azərbaycanın Milli Pavilyonuna baş çəkib. O, Azərbaycan startaplarının sərgilədiyi  məhsulları maraqla qarşılayıb. H.Zaoya ölkəmizlə bağlı hədiyyə də təqdim olunub.

İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri Tural Kərimli “Kiçik və orta müəssisələrə, innovasiyalara texnoloji dəstək” mövzusunda İTU  üzvü ölkələr arasında birgə müzakirə sessiyasında iştirak edib. O, İTU-nun Strateji Planlama Departamentinin şöbə müdiri Yushi Torigoe və Mərkəzi Avropa Fondunun direktoru Devid Keresztes ilə görüşüb.  

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən tədbir “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq”  devizi  altında keçirilir. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətini yüksəltmək məqsədilə hökumət və təşkilatlararası əməkdaşlığı genişləndirməkdir.
Gələn il  “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək. 


  • Azərbaycan startapları müsbət rəy aldı- FOTO
  • Azərbaycan startapları müsbət rəy aldı- FOTO