16 Sentyabr 2019
Baş məşqçi istefaya GÖNDƏRİLDİ
Baş məşqçi istefayaGÖNDƏRİLDİ İDMAN 18:24 2019-09-11

İspaniyanın “Valensiya” klubu baş məşqçisi Marselino Toral istefaya göndərilib.

Unikal.org xəbər verir ki, bunu klubun rəsmi saytı açıqlayıb.

Lakin mütəxəssisin istefasının səbəbləri açıqlanmayıb. Qərarın klub prezidenti Piter Lim tərəfindən qəbul olunduğu iddia edilir. Buna onunla çalışdırıcı arasında yaşanan qalmaqal səbəb olub. M. Toralın klub prezidentinin işlərinə müdaxilə etməsindən narazı olduğu bildirilir.

Qeyd edək ki, M. Toral 2017-ci ildə “Valensiya”ya baş məşqçi təyin olunub. O, iki dəfə komanda ilə Çempionlar Liqasına vəsiqə qazanıb, ötən mövsüm İspaniya kubokunu əldə edib.