Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində  qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb.