15 Sentyabr 2019
14 Sentyabr 2019
Mahir Emrelinin mənzilini qarət edənlər tapıldı
Mahir Emrelinin mənzilini qarət edənlər tapıldı İDMAN 13:25 2019-09-12

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və onların ətrafında tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmin şəxslərin adları istintaq sirri olduğundan açıqlanmır.

Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.