Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

Unikal.org xəbər verir ki, Mahaçqala şəhərində keçirilən görüşdə Həbibin atası Əbdülmanap Nurməhəmmədov da iştirak edib. Putin Əbu-Dabidə qazandığı qələbə münasibətilə Həbibi və atasını təbrik edib, onlara uğurlar arzulayıb.

Xatırladaq ki, H.Nurməhəmmədov sentyabrın 7-də amerikalı döyüşçü Dastin Puaryeyə qalib gələrək çempion titulunu qoruyub.