Bərdə rayonunun Zümürxan kəndində ümumi sahəsi 66 m² olan saunanın yanar konstruksiyaları və taxta üzlüyü 30 m² sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, saunanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.