15 Oktyabr 2019
14 Oktyabr 2019
Novxanı yolunda ağır qəza - 3 ölü, 6 yaralı (Foto)
Novxanı yolunda ağır qəza -3 ölü, 6 yaralı (Foto) HADİSƏ 23:55 2019-09-14

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonundan  Novxanı qəsəbəsi istiqamətində  iki avtomobil toqquşub. Hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.  Bir neçə avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Xəsarət alanlar arasında ana və bir yaşlı körpəsi də var. 

Orxan Həsənli


  • Novxanı yolunda ağır qəza -3 ölü, 6 yaralı (Foto)
  • Novxanı yolunda ağır qəza -3 ölü, 6 yaralı (Foto)