15 Oktyabr 2019
14 Oktyabr 2019
Çunayev və Abbasov Dünya Çempionatıyla erkən vidalaşdı
Çunayev və Abbasov Dünya Çempionatıyla erkən vidalaşdı İDMAN 15:46 2019-09-15

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Unikal.org xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da mübarizə baş tutub.

Rəsul Çunayev təsnifat mərhələsində Macarıstan güləşçisinə ilk hissədə tam üstünlüklə qalib gəlib. Ancaq 1/16 finalda hakimlərin də müəmmalı qərarlarıyla güləşçimiz ikiqat dünya çempionu olan Koreya təmsilçisinə uduzub.

İslam Abbasov ilk görüşdə Gürcüstan pəhləvanını məğlub edib. Ancaq 1/8 finalda İran güləşçisiylə bacarmayıb.

Orxan Nuriyev də startda yerli idmançıya yenilib.

67 kq
Təsnifat – Rəsul Çunayev – Mate Kraşnay (HUN) 8:0
1/16 final – Rəsul Çunayev – Hansu Ryu (KOR) 1:2

87 kq
1/16 final – İslam Abbasov – Qurami Xetsuriani (GEO) 4:0
1/8 final – İslam Abbasov – Ramin Soltanmurad Taherisartanq (İRİ) 0:6

97 kq
1/16 final – Orxan Nuriyev – Yerulan İskakov (KAZ) 1:2