22 Oktyabr 2019
21 Oktyabr 2019
FHN-nin yanğını söndürməyə gedən maşını çayda batdı - YENİLƏNİB
FHN-nin yanğını söndürməyə gedən maşını çayda batdı- YENİLƏNİB HADİSƏ 21:34 2019-09-15

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

*** 17:50

FHN-dən Unikal.org-a bildirilb ki, yanğını söndürməyə gələn yanğınsöndürən avtomobili Vəlvələ çayına düşməyib.