24 Oktyabr 2019
23 Oktyabr 2019
"Günay Bank"ın Müşahidə Şurasına və Audit Komitəsinə yeni üzvlər seçiləcək
"Günay Bank"ın Müşahidə Şurasına və Audit Komitəsinə yeni üzvlər seçiləcək İQTİSADİYYAT 10:25 2019-09-16

Oktyabrın 17-də, saat 15:00-da "Günay Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Unikal.org xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə "Günay Bank"ın Müşahidə Şurasına və Audit Komitəsinə yeni üzvlərin seçilməsi məsələləri daxildir. 

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (Müşahidə Şurasının sədri), 40,05%-i Yeganə Şirinovaya, 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya, 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.