İstanbulda bir nəfər bəyəndiyi avtomobili yoxlayarkən bədbəxt hadisə yaşanıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürətlə yola çıxan avtomobil ilk öncə taksiyə sonra isə yük maşınına çırpılıb. Qəza anı təhlükəsizlik kameraları ilə lentə alınıb. 

Bir ayağı nəqliyyat vasitəsindən kənarda olan adam avtomobilə əyləşib və qaz medalına basıb. Park əyləci çəkili olmayan avtomobil bir anda yola atılıb. Taksi ilə toqquşduqdan sonra qarşı zolağa çıxaraq yük maşınına çırpılan avtomobilin içərisindəki bədbəxt adamın ayağı qırılıb. Onu xəstəxanaya yerləşdiriblər.