24 Oktyabr 2019
23 Oktyabr 2019
Lənkəranda QANLI OLAY: Dostları ilə birlikdə dayısını öldürdü
Lənkəranda QANLI OLAY:Dostları ilə birlikdə dayısını öldürdü KRİMİNAL 13:10 2019-09-16

Sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Unikal.org -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş bacısı oğlu V.Hüseynov, əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva saxlanılıblar.