Mingəçevirdə körpələr evi-uşaq bağçalarının birindən oğurluq edilib.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-nə keçən gecə şəhər ərazisindəki körpələr evi-uşaq bağçalarının birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini İ.Rzayev saxlanılıb.