Yevlaxda kafedə yanğın olub.

Unikal.org xəbər verir ki, Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 152 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 56 m² sahədə və içərisində 3 ədəd soyuducu, 2 dəst stol-stul yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.