15 Oktyabr 2019
14 Oktyabr 2019
"İnterpol"un xətti ilə saxlanılan polisə cəza kəsildi
"İnterpol"un xətti ilə saxlanılan polisə cəza kəsildi KRİMİNAL 10:18 2019-09-17

Bakıda dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Vətəndaşların şikayətindən sonra Ə.Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Ə.Nəcəfov Ukraynada saxlanılıb Azərbaycana ekstradisiya edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib. V.Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

Ali Osmanov