Bakıda dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, T.Rəcəbova şərti cəza verilib.

Hökmdən narazı qalan T.Rəcəbov apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşırılır.

İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirib. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Qızıl biznesi ilə məşğul olan T.Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, T.Rəcəbov 1998-ci ildən 2002-ci ilə qədər MTN-də çalışıb.