Qırğızıstanın Maksat sərhəd postu Tacikistan tərəfindən atəşə tutulub. Tacikistan-Qırğızıstan sərhədində ötən gün axşam saatlarında və gecə baş verən yeni qarşıdurmada 3 tacik hərbçi ölüb, yaralanananlar var.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, qırğız tərəfdən isə bir hərbçi ölüb, 13 nəfər yaralanıb.

Qırğızıstanın Baş naziri Muxammedkalıy Abılqaziev Batken vilayətindədir və gərginliyin azaldılması istiqamətində qırğız və tacik tərəfi ilə görüşlər keçirib.

Sərhəddə vəziyyət gərgin olaraq qalır.