Xəzər rayonunda bir gecədə 3 avtomobildən oğurluq edilib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsində baş verib.

Məlumata görə, naməlum şəxs və ya şəxslər “Hundai” və “Mercedes” markalı avtomobillərin şüşələrini qıraraq salonlarında olan pul və qiymətli əşyaları oğurlayıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törədən şəxs və şəxslərin axtarışları davam etdirilir.