Türkiyənin Hakkari vilayətində dövlət xəstəxanasında çalışan azərbaycanlı plastik cərrah Elnarə Məmmədova həbs edilib.

Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb kimi onun 8 xəstədən müxtəlif miqdarda pul tələb etməsidir.

Xəstə yaxınlarının polisə xəbər verməsi ilə onun haqda istintaq prosesi başlayıb.

E.Məmmədova xəstə yaxınlarından seriya nömrəsi bəlli 1500 lirə alarkən polis tərəfindən yaxalanıb.