Çempionlar Liqasında qrup mərhələsinin I turunun ikinci oyun gününə start verilib.

Unikal.org xəbər verir ki, günün iki matçı başa çatıb.

Türkiyə çempionu “Qalatasaray” səfərdə “Brügge” ilə qarşılaşıb. A qrupunun Belçikada baş tutan görüşündə qol vurulmayıb.

Bununla da “sarı-qırmızılar” qitənin ən nüfuzlu klub turnirinə səfərdə qazanılan bir xalla start verib. Bu qrupun digər matçında PSJ və “Real” üz-üzə gələcək.

Digər matç B qrupunda keçirilib. Yunanıstan təmsilçisi “Olimpiakos” “Tottenhem”lə qarşılaşmada iki top buraxsa da, sonradan hesabda tarazlıq yarada bilib.

Qeyd edək ki, günün digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.