Bakıda yanğın qeydə alınıb.

Unikal.org xəbər verir ki, Yasamal rayonunda iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 20 m² olan ofisdə stol, stul və 1 ədəd kompüter yanıb.

Ofis və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.