Bakıda Məşədi Əzizbəyovun büstü götürülüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Firuz Bayramov adına 22 saylı orta məktəbin yanında olan  bolşevikin büstü yığışdırılıb.

Xatırladaq ki, bir neçə il öncə paytaxtın Əzizbəyov rayonu Xəzər, "Məşədi Əzizbəyov" metro stansiyası "Koroğlu" adlandırılıb, M.Əzizbəyovun Hüseyn Cavid və Parlament prospektlərinin kəsişməsindəki heykəli götürülüb.

Famil Fərhadoğlu