“Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sisremindən istifadə etmək üçün 600-dən çox xarici fəaliyyət iştirakçısı Dövlət Gömrük Komitəsinə müraciət edib. Bunlardan 450-nə həmin hüquq verilib”.

Unikal.org  xəbər verir ki, bunu Komitənin sədr müavini İsmayıl Hüseynov deyib.

“Bu sistem biznesdə qanunla könüllü riayət etmək mədəniyyəti gətirib. “Yaşıl dəhliz”dən istifadə hüququ əldə etmiş şəxslər heç bir maneə olmadan öz mallarını anbarlara daşıyırlar və burada bizim iştirakımız 0-a endirilib. Sistemin iştirakçılarının bu ilin ilk 8 ayında ümumi idxalda payı 22,45%, ümumi ixracda payı isə 45%-ə çatıb. Ümumi dövriyyədə isə bu nisbət 30%-ə bərabərdir və çox böyük rəqəmdir”.