15 Oktyabr 2019
14 Oktyabr 2019
Azərbaycanlılar Türkiyədən deportasiya edilir? - Səfirdən AÇIQLAMA
Azərbaycanlılar Türkiyədən deportasiya edilir? -Səfirdən AÇIQLAMA SİYASƏT 22:06 2019-09-19

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral  Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi halda deportasiyasına başlandığı barədə bu gün bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

Unikal.org xəbər verir ki, səfir açıqlamasında deyib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

E. Özoral nəzərə çatdırıb ki, Türkiyədə yaşayan azərbaycanlıların problemləri iki gün əvvəl Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay və Azərbaycan Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə keçirilən Azərbaycan-Türkiyə İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması qərara alınıb.