22 Oktyabr 2019
21 Oktyabr 2019
Arzu Rəhimov Şəkidə vətəndaşlarla görüşdü - FOTO
Arzu Rəhimov Şəkidə vətəndaşlarla görüşdü- FOTO CƏMİYYƏT 17:16 2019-09-20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov  Şəkidə  Oğuz, Qəbələ və Şəki rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Unikal.org xəbər verir ki, qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb. 

Elə həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Zaqatalada Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 32 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, şəhid adı və statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


  • Arzu Rəhimov Şəkidə vətəndaşlarla görüşdü- FOTO