"Yuventus" un Portuqaliyalı super ulduzu Kristiano Ronaldo, İngiltərənin İTV televiziyasında aparıcı Pier Morgan-a verdiyi müsahibədə cinsi həyatında da bəhs edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo 3 ildir birlikdə olduğu 25 yaşlı İspan model sevgilisi Georgina Rodriguez ilə olan cinsi həyatı ndan danışıb.

Futbolçu bəyan edib ki, vurduğu heç bir qol, Rodriguezlə olan cinsi münasibətimdən gözəl deyil: "2016-ci ilin sonundan onunla birlikdəyəm.

Əvvəldən Yuventusda oynadığım oyunlarda vurduğum qolların həzzi Georgina ilə yaşadığım cinsi əlaqədən daha gözəl olmayıb".