Türkiyədə 20-yə yaxın azərbaycanlının qaldığı binada yanğın olub. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları müvəqqəti mövsümü işləmək üçün qaldıqları binada yanğın baş verib. 

Yanğın söndürülməsi üçün Bayramic Bələdiyyəsi Xilasetmə qrupları hadisə yerinə cəlb edilib. 

Yanğın zamanı Azərbaycanlılar arasında ölən və xəsarət alan olmasa da, onlara ciddi maddi ziyan dəyib. 

Qeyd edək ki, hadisə Canaqqala əyaləti "Bayramiç Camicedit Mahallesi Atmaca Sokak" məhəlləsində baş verib.