14 Oktyabr 2019
13 Oktyabr 2019
Arvadı ilə dalaşdı, sevgilisini öldürmək planı qurdu – Bakıda şok olay
Arvadı ilə dalaşdı, sevgilisini öldürmək planı qurdu– Bakıda şok olay KRİMİNAL 18:43 2019-09-21

Bakıda arvadını qısqanclıq zəminində öldürməyə cəhd etməkdə təqsirli bilinən Kəlbəcər rayonundan olan məcburi köçkün Fərid Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, Fərid Babayev (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) Nəsimi rayonu, Cavadxan küçəsində olan mənzillərdən birində 2015-ci ildən nikahdan kənar arvadı olan Samirə Verdiyevanı öldürmək istəyib.

Sevgilisi dalaşdı

Belə ki, o, 28 iyul 2018-ci il tarixdə, saat 12.30-da kirayə yaşadığı mənzildə Samirə Verdiyeva ilə qısqanclıq zəminində aralarında mübahisə yaranıb.

Mübahisə edən Samirə Verdiyeva Fərid Babayevin rəsmi nikahda olan arvadı Sevilə və onun digər yaxın qohumlarına zəng edib. O, Sevilə və digər qohumlarına Fərid Babayevlə sevgi münasibətlərinin olması, faktiki olaraq bir yerdə yaşamaları barədə məlumat verib.

Mübahisə və qətl planı

Samirə Verdiyevanın bu hərəkətləri Fərid Babayevin ailəsində böyük narazılığa səbəb olub. Ailə də böyük narazılıqla qarşılanan söz-söhbətlərdən bezən Fərid Babayev Samirədən qısas almaqla onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Fərid Babayev mənzildən götürdüyü bıçaqla Samirə Verdiyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Ardıcıl zərbələrdən Samirə Verdiyevanın ölməsini güman edən Fərid Babayev zərbələri vurmağı dayandırıb.

Sevgilisini qan içində evdə atdı

Daha sonra Fərid Babayev qadını mənzildə huşsuz vəziyyətdə ataraq oranı tərk edib. Bir qədər sonra mənzilə gələn Samirə Verdiyevanın yaxınları onu huşsuz vəziyyətdə qan içində görüblər.

Onlar təcili olaraq Samirə Verdiyevanı xəstəxanaya çatdırıblar. Vaxtında tibbi yardım alan Samirə Verdiyevanın həyatını xilas etmək mümkün olub.

Özünə gələn qadın sevgilisini satdı

Özünə gələn Samirə Verdiyeva hadisənin sevgilisi Fərid Babayev tərəfindən törədildiyini istintaq orqanını əməkdaşlarına deyib. Onun ifadəsi alınandan sonra Fərid Babayev həbs edilib.

İstintaq orqanı tərəfindən Fərid Babayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cəza: 7 il 10 ay 15 gün...

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Fərid Babayevin əməli tam sübuta yetirilib. O, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fərid Babayev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Sevgilisi ilə barışdı, cəzadan azad olundu

Qərara görə, Fərid Babayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi həmin məcəllənin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib.

Prokuror şikayət etdi, təmin edilmədi

Bu maddə ilə də Fərid Babayevə cəza təyin olunmayıb. Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması olub. Bunu əsas götürən hakim heyəti Fərid Babayevi cinayət məsliyyətindən azad edib və Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan ittihama xitam verib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə kasasiya protestinin dəlilləri araşdırılıb, sonda protestin təmin edilməməsi barədə qərar qəbul edilib.