Bugünkü güclü külək nəticəsində Novxanıda  yerləşən obyektlərdən birinə zərər  dəyib. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, Novxanıdakı böyük obyektlərdən birinin damı yola uçub. Baş verən hadisə  nəticəsində yolda 2 saata yaxın tıxac yaranıb. 

Xoşbəxlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.