19 Oktyabr 2019
18 Oktyabr 2019
Rusiyalı turistlərin olduğu avtobus aşdı: 15 yaralı var
Rusiyalı turistlərin olduğu avtobus aşdı:15 yaralı var DÜNYA 09:03 2019-09-22

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

Unikal.org "TASS" agentliyinə istinadən xəbər verir ki, sərnişin avtobusu Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına aparırmış.

Ancaq yolda idarəetmədən çıxan avtobus aşıb. Nəticədə 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan yeddi nəfər xəstəxanaya getmək istəməyib və aeroporta yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.