19 Oktyabr 2019
18 Oktyabr 2019
Sabah Azərbaycanda payız başlayacaq
Sabah Azərbaycanda payız başlayacaq CƏMİYYƏT 11:52 2019-09-22

Azərbaycanda payız fəsli sentyabrın 23-də 11:50-dən başlayacaq.

Unikal.org xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxananın məlumatına görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək. Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq.

Rəsədxanadan o bildirilib ki, dekabrın 22-də 08:19-da isə Azərbaycana qış fəsli qədəm qoyacaq.