Qubada dələduzluq baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu barədə şəhər sakini V.Hüseynova Quba rayon Polis Şöbəsinə müraciət edib. O, müraciətində sentyabrın 20-də işlədiyi mağazaya gələn 3 nəfərin onu aldadaraq 180 manatını aldıqlarını bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən 3 əcnəbi vətəndaş müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.