Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Unikal.org xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovovun əmri ilə bu vəzifəyə polis  polkovnik-leytenatı Seymur Sadıqov təyin olunub.

O, əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib.  

Qeyd edək ki, Gəncə Regional Mühafizə İdarəsinin əvvəlki rəisi Şəmistan Kərimov isə təqaüdə göndərilib.(oxu.az)