Tərtər rayonunun Səhləbad kənd sakini Ə.İsmayılovdan ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səhləbad kənd sakini Ə.İsmayılovun evindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda, Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamqulubəyli kənd sakini E.Salahovun evindən 1 ədəd pnevmatik tüfəng aşkar edilərək götürülüb.