Bərdə rayonunda canavarlar təsərrüfata hücum edib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Yırtıcılar kənd sakini Ziyad Allahverdiyevə məxsus təsərrüfatda olan qoyunları parçalayıb. Onlardan 17-i tələf olub, 30-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə Baytarlıq Nəzarəti Xidmətinin Bərdə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub. Ölmüş heyvanlar basdırılıb, yaralı Heyvanlara isə vaqsin vurulub