Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, rayonun Bozalqanlı kəndində 7-ci sinif şagirdi Kamil Telman oğlu Əhmədov məktəbə gedərkən onu küçədə elektrik cərəyanı vurub.

Belə ki, uşaq kəndin ərazisində elektrik transformatorunun yanından keçərkən naqil qırılıb. Uşaq həmin naqilə toxunub və onu elektrik cərəyanı vurub.

Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.

Faktla bağlı araşdırma aparılır.