Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Ramana 450 qəsəbəsində ("Şuşa" şəhərciyi) qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı 90 ZG 803 dövlət nömrə nişanlı minik avtomobili ilə "VAZ-2107" markalı 31 BA 891 dövlət nömrə nişanlı avtomobil yol kəsişməsində toquuşub. Zərbənin təsirindən "VAZ-2106" markalı avtomobil aşıb. Avtomobilə ciddi ziyan dəyib.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxs Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Qəza zamanı ərazidən keçən qaz xətti zədələnib.

Araşdırma aparılır.