Göygöl rayonunda ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, avtoqəza Quşqara kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Minik avtomobilində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb.