Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 m² sahədə mebel və 2 ədəd məişət texnikası yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.