Bakı-Sumqayıt yolunun “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində süni maneəçilik yaradılır.

Unikal.org-un məlumatına görə, Şamaxinka adlanan yerdə (20 yanvar dairəsi istiqamətində) avtobus dayanacaq məntəqəsinin ərazisi  meyvə-tərəvəz satılan zonaya çevrilib. 

Nəticədə avtobuslar dayanacaq məntəqəsinə daxil ola bilmirlər. 

Bu isə sərnişinlərin avtobusdan istifadəsi zamanı cidi təhlükə ilə üz-üzə qalması deməkdir. 

Eyni zamanda  avtobuslar məcbur yolun ortasında saxlayır ki, bu da öz növbəsində nəqliyyat axınına maneə yaradır.