Azərbaycan Dillər Universitetinin (ADU) II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb.

Unikal.org xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli apa-ya faktı təsdiqləyib. O bildirib ki, tələbənin valideynləri hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda axtarışlar davam etdirilir.