Bakıda binada baş verən yanğın söndürülüb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:53

xxx

Bakıda yaşayış binası yanır.

Unikal.org bakupost.az-a  istinadən xəbər verir ki, yanğın Nizami rayon Naxçıvanski küçəsi, Bakcell Arena stadionunun qarşısındakı 8 a nömrəli binanın 9- cu mərtəbəsində baş verib. Yanğın digər mərtəbələrə də sıçrayıb. Hazırda binada yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın baş verən ərazidədir. Lakin kran lazım olduğu üçün hələ də yanğının qarşısını almaq mümkün olmayıb.

Qeyd edək ki, bina Gəncənin hazırkı icra başçısı Niyazi Bayramova məxsus MTK tərəfindən tikilib.