Prezident İlham Əliyev Sabir Hacıyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Qeyd edək ki, S.Hacıyev Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının (VBP) sədridir.