Beyləqanda məktəbliləri maşın vurub.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Beylaqan rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb.

14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106" markalı, avtomobillə yolun kənarında dayanan 3 məktəbli qızı vurub. Xəsarət alanlar rayonun 1-ci Şahsevər kənd sakinləri - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır